Magistr oxuyan gənclərin hərbi xidmətə çağırılması ilə bağlı Nazirin açıqlaması
Təhsil naziri Mikayıl Cabbarov ASAİF-in XII Beynəlxalq Forumunun panellərində çıxışı zamanı magisrtartura pilləsinə daxil olan gənclərin hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, bu məsələ çox aktualdır.
Nazirin sözlərinə görə, mövzu parlamentdə də müzakirəyə çıxarılıb: "Bu məsələdə iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Bu, həqiqətdir. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs var. Bu zaman ümummili maraq məsələsi əsas götürülməlidir. Biz bu istiqamətdə Səfərbərlik və Həqiqi xidmətə çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi ilə işçi səviyyədə müzakirələr aparırıq. Düşünürəm ki, birlikdə işləyərək ümumi məxrəci tapa biləcəyik. Bu, dövlət və cəmiyyət üçün mühüm məsələdir. Dövlət orqanları bu məsələ üzərində çalışır. Əmin ola bilərsiniz ki, hərtərəfli təhlil olunmuş qərar veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB