Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatıb.

İxtisas seçiminin nəticələrinin yaxın saatlarda elan olunması nəzərdə tutulur.

Nəticələrin elan olunmasına dair ilkin məlumatları TQDK-nın səhifəsindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə