Sədərək Rayon Gənclər və İdman İdarəsi və şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında şahmat üzrə rayon birinciliyinə yekun vurulub. İsveçrə sistemi üzrə keçirilən birincilikdə 32 zəka sahibi qüvvəsini sınayıb.

Bütün rəqiblərini üstələyən Asif Dünyamalıyev birinciliyin qalibi adını qazanıb. Nurlan Adınalı və İlkin Musazadə isə digər iki pillədə qərarlaşıblar.

Sonda təşkilatçılar tərəfindən qaliblərə diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...