ARDNŞ-dən Qafqaz Universiteti açıqlaması

Xaliq Məmmədov: “Kadrların milliləşdirmə siyasəti Qafqaz Universitetində də həyata keçirilməlidir”
ARDNŞ-dən Qafqaz Universiteti açıqlaması

"Qafqaz Universiteti ilə bağlı məsələ gündəmdə deyil və biz çalışmalıyıq ki, bu universitet daha da yüksək şəkildə fəaliyyət göstərsin". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov

X.Məmmədov deyib ki, Qafqaz Universiteti Azərbaycanda yüksək reytinq qazanan ali təhsil ocaqlarından biridir və builki tələbə qəbulu prosesi, abituriyentlərin seçimi də göstərdi ki, Qafqaz Universiteti böyük reytinqli bir universitetdir: "Kadrların milliləşdirmə siyasəti Qafqaz Universitetində də həyata keçirilməlidir. Hesab edirəm ki, Qafqaz Universiteti normal bir universitet kimi Azərbaycan gəncliyinə xidmətini davam etdirməlidir".

Türkiyə özəl litseylərinin və Araz Kurslarının Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin yekdil qərarı ilə bağlanıldığını xatırladan X.Məmmədov bildirib ki, orada çalışan Azərbaycan vətəndaşlarının və təhsil alan şagirdlərin yerləşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tədbirlər görür: "Türkiyədən gələn əcnəbi müəllimlərin taleyin gəlincə isə onların çox hissəsi Azərbaycanı tərk ediblər. Ölkəmizdə yalnız maliyyə öhdəlikləri olan işçilər qalıb. Onlarda təhvil-təslim işləri ilə məşğuldurlar. Bu işlər yekunlaşdıqdan sonra onlarda ölkni tərk edcəklər", - deyə X.Məmmədov bildirib.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olduğunu xatırladan X.Məmmədov deyib ki, təşkilat biznes strukturu olmadığı üçün bağlanan təhsil müəssisələrinin vəsaitləri dövlətə qaytarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə