Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu 25-29 avqust tarixlərində həyata keçirilib.
Namizədlər "Şəxsi səhifə"sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malik idi. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatıb. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB