Cari ildə Göyçayın orta ümumtəhsil məktəblərini bitirən 985 şagirdə attestat verilib. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 527 abituriyentdən 311 nəfəri tələbə adını qazanıb. Rayon təhsil şöbəsindən azərtac-a bildiriblər ki, onlardan 12 nəfəri imtahanlarda 600-dən, 50 nəfər isə 500-dən yuxarı bal toplayıb. Rayonda ən yüksək nəticəni Göyçay şəhər 2 saylı orta məktəbin məzunu Vəfa Mehdiyeva əldə edib. O, imtahanda 684 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına daxil olub.
Qeyd edək ki, ötən il isə göyçaylı abituriyentlərdən 19 nəfəri 600-dən yuxarı bal toplamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB