Bu gün Antalya Akdəniz Universitetinin Riyaziyyat bölməsinin müdiri, professor İlham Əliyev Mövlanə Mübadilə proqramı çərçivəsində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində "Teleskopik düstur və onun tətbiqləri" mövzusunda yay məkətəbində iştirak edən müəllim və tələbələr qarşısında məruzə ilə çıxış edib. BDU-dan SİA-ya verilən xəbərə görə, elmi-tədqiqat sahələri harmonik analiz, yaxınlaşma (aproksimasiya) nəzəriyyəsi, inteqral çevrilmələr, klassik analiz olan professor İ.Əliyev BDU-da olacağı bir həftə müddətində daha bir neçə məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, İ. Əliyev Azərbaycan SSR Elmlər Akademiyasında işlədiyi vaxtlarda əmək fəaliyyətindəki uğurlarına görə Lenin Komsomol mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB