Xüsusi istedadlı uşaqların vaxtından əvvəl məktəbə qəbul olması üçün uşaqların müsahibəsi davam edir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, bu günə qədər qeydiyyatdan keçən 2697 nəfər müsahibələrdə iştirak edib, 98 nəfər isə iştirak etməyib.
Müsahibələrdə iştirak edən uşaqların 1515 nəfəri I sinfə qəbul olub, 1182 nəfər isə müsahibədən keçə bilməyib.
Qeyd edək ki, hazırda 3448 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB