Avqustun 19-da Azərbaycan Dillər Universitetinin Çin dili və Mədəniyyət Mərkəzində Azərbaycanın Mülki Aviasiya tarixində unudulmaz günə - 1923-cü ilin avqustunda Bakı-Tbilisi- Bakı marşrutu üzrə ilk sərnişin daşımalarına həsr olunmuş "Azərbaycan və Çin Mülki aviasiyası: "nəticələr və əməkdaşlıq perspektivləri"mövzusunda elmi-praktiki seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, seminarda ADU-nun Tədris işlər üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov, rektorun köməkçisi Ənvər Hazarxanov, Azərbaycan Turizm İnstitutunun Tədris işləri üzrə prorektoru Eldar Aslanov, "Cənubi Çin hava yolları" ( China Southern Airlines) aviaşirkətinin əməkdaşları, həmçinin universitetin müəllim və tələbələri iştirak ediblər.
Seminarı açan ADU-nun Çin dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin arasında nəqliyyat və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O, Azərbaycanın İpək Yolu üzərində ən böyük nəqliyyat və logistika mərkəzinə çevrilməsi haqqında danışaraq milli aviasiyanın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusilə qeyd edib. Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış və uğurla həyata keçirilmiş "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmiş, təyyarə parkı və aviasiya infrastrukturu müasirləşdirilmiş və Naxçıvan Muxtar Respublikası ilə hava yolunun fəaliyyəti təmin edilmişdir. R. Abbasov bildirdi ki, 2003 ildən Azərbaycanda mülki aviasiya yeni mərhələyə və sürətli inkişafa qədəm qoyub. Həmin vaxt Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq hava nəqliyyatı sahəsində yeni texnologiyalar tətbiq edilib, Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ, Yevlaxda müasir hava limanları istismara verilib, təyyarə və vertolyot parkları yenilənib.
Sonra Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov "Azərbaycanda turizmin müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda təqdimatla çıxış edib.
Daha sonra universitetin Çinşünaslıq ixtisasında təhsil alan Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin müəllimləri və tələbələri çıxış edərək Çinin mülki aviasiyanın inkişafında əsas mərhələləri, hava nəqliyyatı tarixi və Azərbaycanda ilk beynəlxalq hava yollarının açılışı, sərnişin və yük daşımaları sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi və Çinin şəhərlərinə uçuş coğrafiyası barədə danışıblar.
Bu seminar çərçivəsində Asiyanın ən böyük hava daşıyıcısı olan Çin aviaşirkətinin –" Cənubi Çin Hava yolları "nın (China Southern Airlines) təqdimatı da keçirilib. Təqdimatda " Cənubi Çin Hava yolları " şirkətinin ("China Southern Airlines Company) Çin və Azərbaycan arasında dostluq körpüsü" məruzəsi ilə çıxış edən baş menecer Luo Guansin, satış üzrə baş menecer Lyu Syaoguan və satış üzrə mütəxəssis Nərmin Babayeva xaricdə Çin mədəniyyətinin təbliği ilə bağlı korporativ dəyərləri, Asiya donanma ölçüsü və Çində sərnişin sayına görə Asiyada birinci yeri tutan aviaşirkətin fəaliyyəti haqqında danışdılar və iki ölkə arasında çoxtərəfli əlaqələrin inkişafında şirkətin Azərbaycana beynəlxalq uçuşlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Seminar çərçivəsində Azərbaycan və Çin arasında mülki aviasiyanın inkişaf tarixini əks etdirən foto və video görüntülər nümayiş olunub.
Sonda qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin və Azərbaycan dillində nəşr olunan "İlham Əliyev –iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB