Bakı şəhəri üzrə Təhsil İdarəsinin tərkibində "Ağsaqqallar Şurası" yaradılır. SİA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu addım yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasını genişləndirmək vacibliyini nəzərə alaraq baş tutub: " "Ağsaqqallar Şurası" təhsil ictimaiyyətinin rəyini nəzərə almaq, təhsil verənlərin və təhsil alanların problemlərini təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə yaradılıb. Şuraya üzvlər yüksək ixtisaslı pedaqoqlar, ictimaiyyət arasında nüfuz sahibi olan təhsil işçiləri və ekspertləri daxil olacaq. Artıq bununla bağlı Şuranın əsasnaməsi üzərində son tamamlanma işləri gedir. İdarənin tərkibində məşvərətçi orqan kimi fəaliyyət göstərəcək Şura nəsilləri birləşdirən rabitə rolunu oynayaraq, təcrübənin gənc nəslə ötürülməsi kimi mühüm vəzifə daşıyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB