14 nəfər Bakı şəhərindəki məktəblərdə direktor təyinatı alıb

14 nəfər Bakı şəhərindəki məktəblərdə direktor təyinatı alıb

"Təhsil Nazirliyi tərəfindən təşkil edən təlimlərdən keçən 14 nəfər Bakı şəhərindəki məktəblərdə direktor təyinatı alıblar". SİA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ötən ilin noyabrında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarını artırılması təlimlərinə başlamışdı: "Təlimlərdə iştirak etmək üçün 600-dan artıq müraciət daxil olmuşdu, lakin 14 nəfər "Uğur" sertifakatı ala bildi. Eyni zamanda təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak edib. Təlimlərin keçirilməsində əsas müasir idarəetmə bilik və bacarığına strateji düşüncə tərzinə malik zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir. Təlimlər zamanı təhsildə keyfiyyətin idarə edilməsi, təhsilin hüquqi peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulum nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarə olunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə