Texnikumların boş qalan yerlərinə qeydiyyat müddəti uzadıldı

Texnikumların boş qalan yerlərinə qeydiyyat müddəti uzadıldı

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb. TQDK-dan SİA-ya verilən məlumata görə, 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 13-dən aparılır.

Avqustun 18-də başa çatdırılması nəzərdə tutulan müddət TQDK rəhbərliyinin qərarına əsasən, 22 avqust saat 17:00 - dək uzadılıb.

Beləliklə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə