Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 8-dən aparılır. SİA-nın xəbərinə görə, bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, avqustun 22-dək uzadılıb. Beləliklə, ali məktəblərə əsas yerləşdirmədə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB