Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində "Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi" icra planına uyğun olaraq 2014-2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin V-VII siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən fənn müəllimləri üçün bölgələrdə yeni ümumi orta təhsil kurikulumu üzrə təlim kursları təşkil edilib.
Təhsil Nazirliyinin əmrinə əsasən keçirilən kurslar müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədi daşıyır.
Ağdam rayonunun Soltanpud və Eyvazlı kənd məktəblərində Dünya Bankının maliyyə dəstəyi ilə təşkil edilən kurslara "TGC Təlim və İnkişaf Mərkəzi" və "Mədəd" təşkilatlarının təcrübəli təlimçiləri cəlb ediliblər.
Təlimlərdə müəllimlərə fənlər üzrə yeni təhsil proqramının (kurikulumun) strukturu, əsas xüsusiyyətləri, məzmunu, standart anlayışı, onun funksiyaları və əhəmiyyəti, təlimdə yeni yanaşmalar, fəal təlim üsulları, yeni təlim strategiyaları, yeni qiymətləndirmə mexanizmləri öyrədilir.
Müəllimlərə yalnız nəzəri biliklər deyil, həm də öyrəndiklərini təcrübədə tətbiq etmək məqsədilə tapşırıqlar verilir.
Kurslar hər qrup üzrə 10 gün keçirilməklə, sentyabrda başa çatacaq.
Kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB