ADA Universitetinin siyasi elmlər üzrə professoru Dr. Kavus Abuşovun elmi redaktorlarından olduğu "Beynəlxalq hüquqda öz müqəddaratını təyin etmə və sesessiya" adlı kitab nüfuzlu Oksford Universiteti Nəşriyyatı tərəfindən çap edilib. Universitetdən SİA-ya verilən xəbərə görə, kitabın məqsədi xüsusilə son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən sesessisiya münaqişələri kontekstində öz müqəddəratını təyin etmə və sesessiya hüququna yenidən nəzər salmaqdır.
Kitabda xüsusi olaraq post-Sovet məkanındakı sesessiya münaqişələrinin hüquqi analizi vurğulanıb, o cümlədən öz müqəddəratını təyin etmə hüququnun qiymətləndirilməsi kitabdakı bütün fəsillərdə bu munaqişələrə istinad edərək aparılıb.
Qeyd edək ki, kitab ilkin mərhələdə ADA Universiteti və Münhen Universitetinin Beynəlxalq hüquq kafedrası arasında tədqiqat layihəsi olaraq başlayıb. Bununla bağlı, mövzu ilə əlaqədar 15 mümkün müəllifin iştirakı ilə konfrans da təşkil edilib. Birgə layihənin ilkin məqsədlərindən biri post-Sovet məkanında separatizmin hüquqiliyini aydınlaşdırmaq, seperatizm və öz müqəddaratını təyin etmə arasında münasibətlərin araşdırılması olub. Araşdırmada ABŞ və Avropanın müxtəlif universitetlərini təmsil edən 15-ə qədər müəllifi bir araya gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB