"Synergy Group" ASC-nin rəhbərliyi "Parlaq zəka" intellektual oyununun qalibləri ilə görüşüb. "Synergy Group" ASC-dən bildiriblər ki, görüşdə qrupun müşahidə şurasının sədri Riyad Hüseynov qalibləri təbrik edib. Bildirib ki, "Synergy Group"un korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bu şirkət ölkəmizdə idmanın, təhsilin, gənclərin hərtərəfli inkişafını dəstəkləyir.
"Synergy Group"un "Davamlı gələcəyə doğru" devizini xatırladan şura sədri şirkətin məqsədinin müasir təcrübəyə əsaslanan uğurlu korporativ biznes modeli qurmuş investisiya qrupu olmaqdan ibarət olduğunu bildirib.
Qeyd edilib ki, ölkənin ilk özəl ali məktəbi olan Azərbaycan Universitetini, Şəmkirdə yerləşən "Zəka" Gənclər Mərkəzini dəstəkləyən "Synergy Group", həmçinin 2013-cü ilin aprelində mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2014" Beynəlxalq şahmat turnirini ən yüksək səviyyədə təşkil edib. Qrupun dəstəyi ilə ölkəmiz artıq üçüncü dəfə "Tour d'Azerbaidjan" Beynəlxalq velosiped turnirinə ev sahibliyi edib. Eyni zamanda, bu qrup Azərbaycanın ilk peşəkar velosiped komandası olan "Synergy Baku Cycling Project"in baş sponsorudur.
Diqqətə çatdırılıb ki, investisiya qrupu, həmçinin gənclər arasında intellektual oyunlar keçirir və "Synergy Group"un "Parlaq zəka" intellektual oyununu dəstəkləməkdə davam edəcək.
Görüşdə "Parlaq zəka" layihəsinin rəhbəri və verilişin aparıcısı Aydın Piriyev "Synergy Group"un rəhbərliyinə dəstəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Əşrəf Paşabəyli, Mirəziz Əzizli, Səriyyə Bunyatova "Parlaq zəka" intellektual oyununda müvafiq olaraq I, II və III yerləri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB