Avqustun 18-i, saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 12, 13, 14 və 15 avqust 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebulvasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB