TQDK sədri: "Gələn ildən məzunlar buraxılış imtahanlarının nəticələrinə görə müsabiqəyə buraxılacaq" yenilik
"Müsabiqəyə buraxılmaq şərti və keçid balı müxtəlif anlayışlardır. Hər il bu məsələnin qabardılmasını başa düşə bilmirəm. Müsabiqəyə buraxılmaq mərhələsində biz abituriyent topladığı balla müsabiqəyə buraxılmasını müəyyən edirik. Keçid balı isə müsabiqə vəziyyətinə görə formalaşır". SİA-nın xəbərinə görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
"Hər hansı bir jurnalı açıb göstərin ki, hansısa ixtisasda keçid balı 150-dir. 150-200 arası bal toplayan abituriyentlərdən neçəsi ali məktəbə qəbul olunub? Keçən ilin dekabrında bununla əlaqədar müəyyən rəqəmləri açıqlamışdım ki, cəmi 3000 nəfər 150-200 bal arasında ali məktəbə qəbul olunub. Təbii ki, onların əksəriyyəti özəl və ya müsabiqə tələb etməyən ali məktəblərə sənədlərini vermişdilər. Gələn həftə 150-200 bal arasında nəticə göstərən və ali məktəblərə qəbul olunan abituriyentlərin sayını deyə bilərəm. Daha sonra maraqlana bilərsiniz ki, qəbul olduqdan sonra oxuyurlar ya yox? İnsanların əksəriyyəti nədənsə eyni sualla müraciət edirlər ki, keçid balları aşağı düşdü və təhsilin vəziyyəti aşağıdır. Qeyd etməliyəm ki, keçid balları yox, müsabiqədə iştirak etmək hüququ demək lazımdır" - deyə, sədr əlavə edib.
O həmçinin qeyd edib ki, gələn ildən məzunlar müəyyən ixtisaslar üzrə buraxılış imtahanlarının nəticələrinə görə müsabiqəyə buraxılacaq: "Bir çox televiziyalar attestatsız, imtahansız, iki qiymətlərlə məktəbi bitirən məzunları xaricdə oxumaq üçün həvəsləndirən və təhsildə kommersiya ilə məşğul olan şirkətlərin reklamını böyük məmnuniyyətlə verirlər. Başa düşürəm ki, pul qazanmaq üçün bunu edirlər. Ancaq onlar fikirləşmirlər ki, imtahanlarda 26 bal toplayanlar, Ukraynanın tibb universitetinə gedənlər bir ildən sonra isə oradakı vəziyyətin çətinləşməsindən dolayı bizə müraciət edib deyirlər ki, bizi Bakıya köçürün. Bəs bu məsələlər niyə araşdırılmır? Valideynlərə müraciət edərək deyirəm ki, Təhsil Nazirliyi yeni köçürülmə qaydaları tətbiq edir. Misal olaraq, hər hansı tələbə başqa yerdən Azərbaycana köçürülmək istəsə, o zaman onun imtahanlarda topladığı bal yoxlanılacaq. əks təqdirdə proses baş tutmayacaq".
Keçid balını toplaya bilməyən tələbələri ali məktəbdən xaric etmək lazımdır. Ali məktəblər də pul xətrinə aşağı bal toplayanların orada təhsil almalarına maraqlıdırlar. IV qrupda keçid balları 367, 282 olan yerlər mövcuddur. 150 ballıq yer isə Ekologiya ixtisası üzrə qiyabi təhsil formasıdır. Bu da o deməkdir ki, heç kim həmin yerə qəbul olmayıb. Digər bir nümunə isə Tibb Universitetində əczaçılıq üçün 440, müalicə işi üçün isə 499 bal toplamaq lazımdır. Bax bu keçid ballarıdır. 150 bal isə müsabiqədə iştirak etmək üçün verilən şərtdir. Aqrar Universitetində isə keçid ballarının hamısı 150-dir. IV qrupda boş qalan yerlər Universitetidir. Bu sahədə mütəxəssislər çatışmır. Bu sahədə təhsil almaq istəyənlərin sayı çox azdır. 150 balla Kənd Təsərrüfatı Akademiyasına sənəd verən abituriyentləri qəbul edəcəyik. Lakin keçən il bu sahə üzrə 600-dən çox yer boş qaldı. Bu isə aqrar sahə üzrə 500-dən çox yer boş qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB