2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6414 plan yeri ayrılıb. SİA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
M. Abbaszadə bildirib ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi internet vasitəsilə avqustun 13-dək davam edəcək: "Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır".
Komissiya sədri qeyd edib ki, ərizəsini təsdiqləmək üçün abituriyent komissiyanın yeni virtual ödəmə kartını almalı və onun şifrəsindən istifadə etməlidir: "Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB