1442 boş qalan magistr yerinə ixtisas seçimi davam edir bakalavrların nəzərinə!
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə (boş qalan plan yerlərinin sayı: 1442) ixtisas seçimi davam edir. SİA-nın xəbərinə görə, ixtisas seçimi avqustun 4-dən başlanıb və avqustun 11-dək davam edəcək.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Qeyd edək ki, bu gün saat 10:30-a olan məlumata görə 699 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini etmiş və elektron ərizəsini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB