Ali təhsil müəssiələrinə 4050 boş yer qalıb

Ali təhsil müəssiələrinə 4050 boş yer qalıb

Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrini elan edildiyini xatırladaqn M. Abbaszadə vurğulayıb ki, nəticələri TQDK-nın internet saytından və bütün mobil operatorlardan iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək mümkün olub.

O əlavə edib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları həmçinin "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinə (Dövlət və özəl ) qəbul olan abituriyentlərin sayı aşağıdakı cədvəldə öz əksini tapıb.

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

I

11990

9732 (4368)

1313 (557)

11045 (4925)

92.12

945 (7.88)

II

10908

8396 (1665)

1396 (180)

9792 (1845)

89.77

1116 (10.23)

III

10451

8521 (2381)

949 (172)

9470 (2553)

90.61

981 (9.39)

IV

4414

3130 (1397)

276 (100)

3406 (1497)

77.16

1008 (22.84)

CƏMİ

37763

29779 (9811)

3934 (1009)

33713 (10820)

89.28

4050 (10.72)

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə