Mikayıl Cabbarov: "Saxta diplomla işləyən müəllimləri adbaad tanıyırlar"
"Azərbaycanda hazırda 2 mindən çox insan saxta diplomla müəllim işləyir. Hazırda məsələ ilə bağlı istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər". SİA-nın xəbərinə görə, bu fikirlər təhsil naziri Mikayıl Cabbarov rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə yer alıb.
Nazirin sözlərinə görə, saxta diplomla işləyən müəllimləri adbaad tanıyırlar: "Bütün məlumatları Baş Prokurorluğa təqdim etmişik, saxta diplomları kimlərin satdığı barədə məlumatları da vermişik. Bu adamların arasında təhsil sistemində rəhbər vəzifə tutanlar da var. Nazirlik saxta müəllimlərlə bağlı dilemma ilə üzləşib. Çünki diplomu saxta olan 2 mindən çox müəllimin eyni vaxtda işdən çıxarılması təhsildə ciddi problem yarada bilər, ona görə ki, onları əvəzləməyə adam yoxdur. Axı onların çoxu kənd məktəblərində dərs keçir. Nəhayət, bu adamların arasında dələduzluq qurbanı olanlar da az deyil. Onlar səmimi şəkildə inanıblar ki, tələbədirlər, dərsə gediblər, sessiyaları veriblər, onlar üçün xüsusi jurnallar, cədvəllər açılıb. Bundan əlavə bəziləri bizim test imtahanlarımıza qatılıblar və peşəkarlıqlarını sübut ediblər. Yalnız araşdırma zamanı məlum olub ki, onların diplomlarını Təhsil Nazirliyi verməyib. Təhsil sistemində təmizləmə davam edəcək, ancaq bunu birdən etmək mümkün deyil".
Qeyd edək ki, müsahibə Sapunovun bloqunda (http://sapunov.livejournal.com/) yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB