Təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul iyulun 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılır. SİA-nın xəbərinə görə, hazırda 2696 nəfər qeydiyyatdan keçib.
Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir. Artıq avqustun 5-dən etibarən müsahibələrə başlanılıb. Öncədən təşkil edilən xüsusi komissiyaların iştirakı ilə həyata keçirilən müsahibələr sentyabrın 10-dək davam edəcək. Müsahibə iştirakçıları nəticələrini 48 saat ərzində bakuedu.az saytında bu mövzu ilə əlaqədar yaradılmış bölmədən öyrənə biləcəklər.
Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB