Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Qeyd edək ki, ötən gün saat 15:30 -a olan məlumata görə, 35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə