Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 6-sı saat 9.00-dək uzadılıb.
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Avqustun 5-i saat 15.30-a olan məlumata görə 35 min 815 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib və təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB