Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. TQDK-dan SİA-ya verilən xəbərə görə, bu gün saat 11-ə olan məlumata görə 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək, öz elektron ərizəsinə daxil edib təsdiqləyib.
İxtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB