Sumqayıt şəhərində "Nə? Harada? Nə zaman? S intellektual festival baş tutub. SİA-nın məlumatına görə, reallaşan tədbirin əvvəlində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində fəaliyyət göstərən "Sumqayıt İntellekt Mərkəzi - SİM klubun prezidenti Ruslan Zeynalov çıxış edərək intellektual festivalın əhəmiyyətindən danışıb, bu layihənin həyata keçirilməsinə dəstək göstərən Gənclər Fonduna xüsusi təşəkkürünü bildirib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Qeyd edək ki, ümumilikdə 2 hissədən ibarət olan turnirin birinci mərhələsində "Nə? Harada? Nə zaman?" intellekatual oyunu üzrə hər birində 6 nəfər olmaqla 29 komanda yarışıb. Seymur Salamov və Vüqar Ağayevin müəllifi olduğu 45 suallıq "SUMmer Cup" turnirinin sonunda I yerə "Yasamal", II yerə, "Məclisi-Şüəra", III yerə isə "Avalon" komandaları layiq görülərək diplom, qiymətli hədiyyələr və kubok qazanıblar. Bu turnirdə ilk 8 yerdə qərarlaşan komandaların bilikləri layihənin ikinci mərhələsində "Xəmsə Milli İntellektual oyunu"nda sınağa çəkilib. Aparıcı Sabir Əskərovun səsləndirdiyi suallara cavab verməyə çalışan komandalar arasında keçən gərgin və maraqlı mübarizənin sonunda I yeri "Məclisi-Şüəra", II yeri "Hərum", III yeri isə "Yasamal" komandası qazanıb. "Xəmsə"nin də qaliblərinə diplomlar, hədiyyələr və kubok təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB