Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak etmək üçün sənəd verən 31326 (15562 nəfər II qrup üzrə, 15764 nəfər III qrup üzrə) abituriyentdən 813 nəfəri imtahanda iştirak etməyib. SİA-nın xəbərinə görə, imtahanda iştirak edən 30513 abituriyentdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb. Həmin gəncləri təqdim edirik:

Rzayev Samir

Qədimbəyli Qoşqar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB