Mikayıl Cabbarovun yeni müavini kimdir? bioqrafiya

Mikayıl Cabbarovun yeni müavini kimdir? bioqrafiya

Prezident İlham Əliyevin 2014-cü il 18 iyul tarixli Sərəncamı ilə Qurbanov Firudin İsa oğlu təhsil nazirinin müavini təyin edilib. SİA-nın xəbərinə görə, Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib. 1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri olub.

2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə