Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də ölkəmizin 11 şəhər və rayonunda, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.
TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirilib ki, şimal bölgəsi üzrə qəbul imtahanları Xaçmaz rayonunda yaradılan 2 mərkəzdə təşkil ediləcək. Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Köhnə Xaçmaz kənd tam orta məktəbində yaradılan mərkəzlərdə ümumilikdə 1240 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur. Bu mərkəzlərdə imtahanların idarə edilməsi üçün, ümumilikdə, 12 rəhbər və 120 nəfər nəzarətçi müəllim ayrılıb.
İmtahan bütün binalarda saat 11-də başlanacaq və üç saat davam edəcək.
Abituriyentlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq özləri ilə gətirməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB