Azyaşlıların məktəblərə qəbulu başlayır

Azyaşlıların məktəblərə qəbulu başlayır

Təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq. İdarədən SİA-ya verilən xəbərə görə, elektron ərizələrin qəbulu avqustun 20-dək davam edəcək.

Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə