Tibb Universitetinin Hərbi həkim işi ixtisasında oxumaq istəyənlərin nəzərinə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Hərbi həkim işi ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqəyə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 350 və daha çox bal toplamış 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.
Hərbi tibb fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar. Müsabiqədə iştirak etmək arzusunda olanlar müvafiq həkim komissiyasından keçmək üçün iyulun 21-dən 30-dək Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB