SABAH qruplarına qəbulla bağlı müsahibə keçirilir

SABAH qruplarına qəbulla bağlı müsahibə keçirilir

Bu gündən başlayaraq SABAH qruplarına qəbul olmaq istəyən namizədlər üçün Bakıdakı 202 saylı tam orta məktəbdə müsahibə keçirilir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsahibə 3 gün davam edəcək. Müsahibə mərhələsinə II mərhələnin yekunlarına əsasən yetərli bal toplayan 24 ixtisas üzrə 750-yə yaxın tələbə buraxılıb.

SABAH qrupunun tam tərkibi tələbələrin akademik göstəriciləri, test imtahanından topladığı ballar, müsahibənin nəticələri təhlil olunduqdan sonra müəyyən ediləcək.

Qeyd edək ki, SABAH qruplarına ərizələrin qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Müsabiqənin II mərhələsində - imtahanlarda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib. İyulun 6-da keçirilən imtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə