Bilik Fondunun işçilərinin maaşları dövlət büdcəsindən maliyyələşəcək
Baş nazir Artur Rasizadənin qərarı ilə Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarına dəyişiklik edilib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, qərara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçilərinin aylıq vəzifə maaşları dövlət büdcəsindən maliyyələşəcək. Bilik Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı prezident tərəfindən müəyyən edilir.
Bu qərar iyunun 1-dən qüvvəyə minib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB