TQDK tələbələrə müraciət etdi

TQDK tələbələrə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında iştirak edən abituriyentlərə müraciət edib.

TQDK-dan SİA-ya verilən məlumata görə, imtahanda istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradılıb.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 14-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə