Goranboyda dörd yeni məktəb binası istifadəyə veriləcək

Goranboyda dörd yeni məktəb binası istifadəyə veriləcək

Növbəti dərs ilində Goranboyun Yenikənd, Xınalı və Qarasuçu kəndlərində, eləcə də Goran qəsəbəsində hər biri 180 şagird yerlik yeni məktəb binaları istifadəyə veriləcəkdir.

Rayon təhsil şöbəsinin müdiri Anar Mayılov demişdir ki, artıq məktəb binalarında son tamamlama işləri görülür. Müasir standartlara cavab verən bu binalarda tədrisin yüksək səviyyədə təşkili üçün hər bir şərait yaradılacaqdır.

Şöbə müdiri onu da əlavə etmişdir ki, hazırda rayonda 79 məktəbin əsaslı təmirə və yaxud yenidən inşasına ehtiyac vardır. Yaxın vaxtlarda 1 saylı şəhər orta, Nadirkənd, Ağamalıoğlu, Səfikürd və Qızılhacılı kənd orta məktəbləri üçün yeni binaların tikintisinə başlanacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə