Gəncədə tələbələr üçün məşğələlərə başlanılıb

Gəncədə tələbələr üçün məşğələlərə başlanılıb

Gəncədəki Heydər Əliyev Mərkəzinin kitabxanasında Gəncə Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup fəal tələbəsi üçün "Heydər Əliyev və Gəncə" mövzusunda 3 günlük məşğələlərə başlanılmışdır.

Tələbələr əvvəlcə Mərkəzlə yaxından tanış olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxmışlar.

Məşğələdə dahi öndərin Azərbaycana rəhbərliyi dövrlərində qazanılan uğurlardan, eləcə də elmin və təhsilin inkişafında həyata keçirdiyi tədbirlərdən bəhs edən məruzələr dinlənilmiş, tələbələrin sualları cavablandırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə