Qeydiyyat müddətinin vaxtı uzadıldı magistrların nəzərinə

Qeydiyyat müddətinin vaxtı uzadıldı magistrların nəzərinə

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb. SİA-nın xəbərinə görə, bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanıb və bu proses iyulun 10-da saat 17:00-da başa çatmalı idi. Lakin bu proses 11 iyul saat 17:00-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə