"2014-2015-ci tədris ili üzrə Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib".
Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bir sıra ali təhsil müəssisəsinə və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə "ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi" ixtisaslarına qəbul dayandırılıb. Kolleclərdə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib. Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulur. Müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulu elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilir. Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır.
Bildirilib ki, növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaq: "Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaq.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB