Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanmış və bu proses iyulun 10-da başa çatacaq. TQDK-dan SİA-ya verilən xəbərə görə, ancaq buna baxmayaraq, magistratura səviyyəsinə qəbul olan bakalavrların bir qismi qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməyiblər. Bir daha həmin bakalavrların nəzərinə çatdırırıq ki, onlar iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB