Hansı fənnin müəllimləri daha zəif nəticə göstərib? rəsmi açıqlama

Hansı fənnin müəllimləri daha zəif nəticə göstərib? rəsmi açıqlama

"Bu ildən ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən müəllimlər arasında keçirilən Sınaq qiymətləndirilməsində 357 məktəbdən 28825 müəllim iştirak edib. Bu da bütövlükdə Bakı şəhər müəllimlərinin 96%-ni təşkil edir". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında Sınaq qiymətləndirmənin nəticələrini açıqlayarkən deyib.

Onun sözlərinə görə, nazirlik nəticələrlə bağlı təhlillər aparıb və yekun rəy qənaətbəxş hesab olunub: "Sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin 14,04 %-i zəif, 85,06 %-i isə qənaətbəxş nəticə göstərib. İmtahan verən müəllimlərin 18,02 %-nin nəticəsi daha yüksək olub. Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri nisbətən zəif nəticə göstərib. Bütövlükdə zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil olunacaq ixtisasartırma kurslarında, pilot və digər inkişaf yönümlü layihələrdə öz nəticələrini dəyişmək üçün şansları olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə