İyulun 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Açıq qapı" günü keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən "Açıq qapı"da vətəndaşların şikayət və təklifləri dinlənilib.
Vətəndaşlar əsasən övladlarının digər universitetlərdən ADİU-ya köçürülməsi ilə bağlı müraciətlər ediblər. "Açıq qapı" günündə həmçinin, universitetdə pedaqoq kimi fəaliyyət göstərmək istəyənlər də rektorun qəbulunda olublar.
Rektor Ədalət Muradov bütün müraciətlərin nəzərə alınacağını bildirib.
Qeyd edək ki, ADİU-da "Açıq qapı" günü hər ayın birinci şənbə günü keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB