Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbuluna başlanır

Bakı şəhəri üzrə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, iyulun 20-dən paytaxtda yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq elektron ərizələrin qəbuluna başlanılacaq.

Qəbul təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq keçiriləcək. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə