Səməd Seyidov Avropa Birliyinin rəsmisini qəbul edib FOTO

Səməd Seyidov Avropa Birliyinin rəsmisini qəbul edib FOTO

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Avropa Birliyinin Asiya və Şərqi Avropa üzrə layihə meneceri Franz Steideleni qəbul edib.

ADU-dan SİA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. Universitet haqqında danışan rektor ADU-nun beynəlxalq əlaqələrindən söz açdı. Səməd Seyidov Avropa Birliyin TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib və Dillər Universitetinin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə TEMPUS proqramı çərçivəsində uzun illərdir səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. Rektor ADU-nun TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan ali təhsil müəssisəsinin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını da qonağa xatırladıb.

Avropa Birliyinin Asiya və Şərqi Avropa üzrə layihə direktoru Franz Steidele səmimi qəbula görə təşəkkür edib. Franz Steidele əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda TEMPUS 1995-ci ildən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə