TQDK sədri: "Hansısa dövlət təşkilatının işinə qiymət vermək fikrində deyiləm"

TQDK sədri: "Hansısa dövlət təşkilatının işinə qiymət vermək fikrində deyiləm"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində ölkənin təhsil sistemində həyata keçirilən islahatları və onların şagirdlərin biliyinə necə təsir göstərməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, hansısa islahatı aparmaq üçün müəyyən vaxt verilir.

Onun sözlərinə görə, elə bir islahat yoxdur ki, 1 il ərzində aparılsın və həmin vaxt başa çatandan sonra hansısa nəticəni analiz edilsin: "Birincisi mən hansısa bir dövlət təşkilatının (Təhsil Nazirliyinin) işinə qiymət vermək fikrində deyiləm. İkincisi isə biliyin qiymətləndirilməsini hər il aparırıq deyə, yalnız keçən il və əvvəlki illərlə bu ilin nəticələrini müqayisə edə bilərik. Bu nəticələr bilavasitə uşaqların imtahanlarda göstərdiyi biliyin qiymətləndirilməsi nəticəsində olan fikirlər, əsaslardır. Deyə bilərəm ki, keçən illə müqayisədə buraxılış imtahanlarının nəticələri eyni səviyyədədir. Qəbul imtahanlarının nəticələrinə gəlincə, bu proses tam başa çatmayıb deyə biz ümumi nəticə haqqında heç nə deyə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə