Buraxılış imtahanlarının nəticələrində 1-2% müsbətə doğru dəyişikliklər var

Buraxılış imtahanlarının nəticələrində 1-2% müsbətə doğru dəyişikliklər var

"Ölkə üzrə buraxılış imtahanlarının nəticələrində təxminən 1-2% müsbətə doğru dəyişikliklər var. Amma bu göstəricilər müxtəlif rayonlara görə dəyişir. Məsələn, hansısa regionda irəliləyiş müsbət 5%-dirsə, digər regionda nəticə aşağı düşüb. Buna görə də ümumi ölkə üzrə götürdükdə görürük ki, nəticələrdə 1-2% irəliləyiş var. Amma ümumilikdə statistik nöqteyi-nəzərdən bu o deməkdir ki, nəticələr keçən ilki səviyyə ilə eynidir. Müsbət sıçrayış hələki müşahidə olunmur". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O həmçinin qeyd edib ki, bu il Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticələri keçən illə müqayisəlidir.

M. Abbaszadə eyni zamanda iyul ayında keçiriləcək qəbul imtahanları barədə də danışıb. O qeyd edib ki, iyulun 12-də və 20-də bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları keçiriləcək: "İmtahanda 2 gün sonra nəticələr araşdırılacaq. Əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri isə mayda elan olunub və bu barədə ictimaiyyətə geniş məlumat verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə