Bu il texnikumlara qəbul balı artırıla bilər

Bu il texnikumlara qəbul balı artırıla bilər

"Bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı azalıb. Ona görə də bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri MəLeykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbulu zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki qəbul qaydalarına əsasən məsələn imtahanda 100%-lik nəticə göstəribsə 300 bal, 50%-lik nəticə göstərən isə 150 ballıq nəticəyə əsasən qəbul ola bilərdilər. Bu ilki qəbul qaydalarına əsasən, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 16 baldan yuxarı nəticə göstərənlər ixtisas seçimində iştirak edir. Ən yüksək nəticə isə 60 baldır. Ən çox verilən suallar odur ki, ötən ilki keçid ballarına əsasən bu il qəbul necə aparılacaq. Ötən illə müqayisə etdikdə məlum olur ki, ixtisas seçimində 16-30 bal arası nəticə göstərənlər ötənilki ballarla müqayisədə 150-300 kimi, 16-30 bal toplayanlar isə 150 balda aşağı olan nəticələri seçə bilər. Amma bir daha qeyd edirəm ki, bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı azalıb. Belə ki, keçən il bu rəqəm 13 000 idisə, hazırda bu rəqəm 10 000 təşkil edir. Ona görə də bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə