Gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb

Gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına 20 plan yeri ayrılıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan gözdən əlil abituriyentlər əlillik haqqında sənədlərini avqustun 10-dək TQDK-ya təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə