ADA Universitetinin nümayəndə heyəti Çində işgüzar səfər ediblər FOTO
29 iyun-6 iyul tarixlərində ADA Universitetinin nümayəndə heyəti Çində işgüzar səfər ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi ADA Universitetini təbliğ etmək, tələbə və müəllim heyətinin mübadiləsi, çinli tələbələrin ADA-a cəlb edilməsi və yay məktəbləri, konfranslar kimi birgə layihələr vasitəsi ilə Çin universitetləri ilə əməkdaşlıq yollarını araşdırmaq, "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabın təqdimatını keçirmək, o cümlədən enerji və ətraf mühit məsələləri ətrafında ikitərəfli münasibətləri müzakirə etmək idi.
Səfər çərçivəsində nümayəndə heyəti Pekin Dillər və Mədəniyyət Universiteti, Pekin Dövlət Universiteti, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Çin Diplomatiya Akademiyası, Konfusiy Institutu və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiyaşünaslıq İnsitutunun rəsmiləri ilə görüşlər keçirmiş və müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, səfər zamanı ADA Universiteti və Pekin Dillər və Mədəniyyət Universiteti arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Nümayəndə heyətinə ADA-nın prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müavini Dr. Anar Vəliyev, ADA-nın tədqiqatçısı Taleh Ziyadov, ADA Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Dr. Rəhman Şahhüseynli və Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Dr. Rəşad Kərimov daxil idi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB