Bu gün Azərbaycan Dillər Universietinin rektoru Səməd Seyidov ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn tələbələrə "Azərbaycan beynəlxalq arenada" mövzusunda mühazirə oxuyub. Universitetdən SİA-ya verilən xəbərə görə, mühazirəsində Azərbaycan haqqında tələbələrə geniş məlumat verən rektor onlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında danışdı. O, Azərbaycanın ildən- ilə gözəlləşdiyini, müasirləşdiyini amerikalı tələbələrin diqqətinə çatdırıb.
Səməd Seyidov çıxışında Azərbaycan Respublikasının beynəlxalq arenada istər iqtisadi, istərsə də siyasi baxımdan öndə gedən dövlətlər sırasında olduğunu vurğulayıb. O, bir sıra beynəlxalq layihələrdə, eləcədə Azərbaycanın apardığı daxili və xarici siyasətdə qazandığı uğurlar haqqında danışıb.
Sonda rektor Səməd Seyidov amerikalı tələbələri maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB